Naxçıvanda ƏMƏLİYYAT: Külli miqdarda aksizi olmayan mallar AŞKARLANDI

Naxçıvanda ƏMƏLİYYAT: Külli miqdarda aksizi olmayan mallar AŞKARLANDI

Hazırda oxunan: Naxçıvanda ƏMƏLİYYAT: Külli miqdarda aksizi olmayan mallar AŞKARLANDI

123835

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah aşkar ediblər.

Bu barədə Bizim.Media-ya DGK-dan bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsindəki yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 18960 ədəd siqaret və 91 ədəd spirtli içki aşkar edilib.
Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO