Neft məhsullarının qanunsuz satışının qarşısı alındı – FOTO/VİDEO  

Neft məhsullarının qanunsuz satışının qarşısı alındı – FOTO/VİDEO  

Hazırda oxunan: Neft məhsullarının qanunsuz satışının qarşısı alındı – FOTO/VİDEO  

123764

Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Qasımov Akif Babaş oğlu və Zərbəliyev Sənan Əhmədşah oğlu tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib. 

Keçirilmiş tədbirlər zamanı həqiqətən də vətəndaşlar A.Qasımov və S.Zərbəliyev tərəfindən yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq neft məhsullarının kustar üsulla plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı öz təsdiqini tapıb. 

Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlarla profilaktik söhbət aparılıb. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO