“Xanımların pensiya yaşının azaldılması vacibdir” – İqtisadçının TƏKLİFİ 

“Xanımların pensiya yaşının azaldılması vacibdir” – İqtisadçının TƏKLİFİ 

Hazırda oxunan: “Xanımların pensiya yaşının azaldılması vacibdir” – İqtisadçının TƏKLİFİ 

123752

Ombudsman Səbinə Əliyeva qadınların pensiya yaşının azaldılmasını təklif edib.

Bu təklif Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilir ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan, qadınların pensiya yaşının azaldılmasına ehtiyac var.

Bizim.Media-ya açıqlamasında iqtisadçı alim Əli Əlirzayev bildirir ki, qadınlar üçün pensiya yaşı 60-dan yuxarı olmamalıdır:

“Pensiya yaşı məsələsində də qadınlara münasibət fərqli olmalıdır. Tək qadınların deyil, ümumiyyətlə kişilərin də pensiya yaşının azaldılmasının tərəfdarıyam. Ailə qayğıları, uşaq tərbiyəsi, ev təsərrüfatı ilə əsasən qadınlar məşğul olur. Ona görə də qadınlar tez yaşlaşır.

Qadının daha tez pensiyaya çıxması ona ailə qayğılarını daha yaxşı idarə etməyə imkan yaradır. Ona görə də xanımların pensiya yaşının azaldılması vacibdir. Onlar kişilərlə müqayisədə pensiyaya daha tez çıxmalıdır. Xanımlarımız 60 yaşında pensiyaya çıxmalıdır. Kişilər üçün isə bu hədd 62 yaş olmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO