Ombudsman Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmağa dair məhdudlaşdırıcı tələbin qanundan çıxarılması məqsədəmüvafiq hesab edir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Sənəddə qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün həmin şəxsin bu qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına dair məhdudlaşdırıcı tələbin qanundan çıxarılması məqsədəmüvafiqdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 03.03.2023
Yaşayış yeri üzrə qeydiyyatda olmağa dair tələbin LƏĞVİ İSTƏNİLDİ
Hazırda oxunan: Yaşayış yeri üzrə qeydiyyatda olmağa dair tələbin LƏĞVİ İSTƏNİLDİ
Hazırda oxunan: Yaşayış yeri üzrə qeydiyyatda olmağa dair tələbin LƏĞVİ İSTƏNİLDİ
123612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.