Azərbaycanda “Vahid parklama kartı” TƏKLİFİ 

Azərbaycanda “Vahid parklama kartı” TƏKLİFİ 

Hazırda oxunan: Azərbaycanda “Vahid parklama kartı” TƏKLİFİ 

123603

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, heyvandarlıqla məşğul olan sakinlərin təhlükəsiz hərəkətinin, örüş və torpaq payı sahələrindən maneəsiz istifadəsinin təmin edilməsi məqsədilə magistral yollarda xüsusi yeraltı keçidlərin inşa edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Ombudsmanın yolların sıxlığının aradan qaldırılması üçün digər təklifləri aşağıdakılardır:

- sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi, gecikmələrin və sıxlığın qarşısının alınması məqsədilə xidmət keyfiyyətinin artırılması, istismarda olan avtobusların texniki sazlığına, sanitar-gigiyenik normalara nəzarətin gücləndirilməsi, avtobusların sayının və aralıq müddətinin (intervalın) müvafiq marşrut xətləri üzrə sərnişinlərin sıxlığına uyğunlaşdırılması, daşıyıcı şirkətlərin fəaliyyətinə, o cümlədən sürücülərin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması;

- əlverişli və intensiv nəqliyyat vasitəsi kimi yaradılan, Bakı şəhəri əhalisinin müntəzəm istifadə etdiyi və şəhərin nəqliyyat sistemində müstəsna rola malik olan Bakı metrosunda sərnişindaşımanın tənzimlənməsi, sərnişinlərin sıx 94 saatlarında əlçatanlığın, habelə təhlükəsiz və maneəsiz daşınmanın təmin edilməsi, xüsusilə sərnişinlərin gündəlik həyat tərzinə göstərdiyi mənfi psixoloji təsirlərin qarşısının alınması, istər metro stansiyalarının foye və platformalarında, istərsə də hərəkətdə olan qatarların daxilində baş verə biləcək təhlükəli halların qarşısının alınması, həmçinin qatarların havalandırma sistemləri ilə təchiz olunması məqsədilə tədbirlərin həyata keçirilməsi;

- inkişaf tempinə uyğun artmaqda olan sərnişin sıxlığının, yerüstü nəqliyyatın yükünün və tıxacların nisbətən azaldılması məqsədilə Bakı şəhərindəki mövcud ictimai nəqliyyat növləri (avtobus, metro, elektrik qatarı) arasında səmərəli əlaqələndirmənin təmin edilməsi;
- əvvəllər Bakı şəhərinin mərkəzindən bir çox şəhərətrafı qəsəbələrə hərəkət edən elektrik qatarlarının bərpa edilməsi istiqamətində tədbirlərin görülməsi;

- Ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO