Xarici jurnalistlər AĞDAMDA - FOTO

Xarici jurnalistlər AĞDAMDA - FOTO

Hazırda oxunan: Xarici jurnalistlər AĞDAMDA - FOTO

123594

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ötən gün Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş jurnalistlərin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, əvvəlcə Sarıcalı kəndinə gələn xarici media nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilir. 

Xarici jurnalistlər sonra Ağdam şəhərində Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Cümə məscidinə, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirəcəklər. 
Media nümayəndələri, həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə də tanış olacaqlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO