"Hədəfimiz Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır".
Bizim.Media xəbər verir ki, bunu parlamentdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.
Əziz Ələkbərli qeyd edib:
“Biz Qərbi Azərbaycan İcması olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə və Avropa İttifaqının hazırda Ermənistanda fəaliyyət göstərən missiyasına məktubla müraciət etmişik. İndiyədək Qərbi Azərbaycanla bağlı 237 kənd siyahıya alınıb, 20 minə yaxın ailənin sənədləri də toplanıb.
Bizim.Media