Naxçıvan Prokurorluğunun rəsmisi vəzifəsindən AZAD OLUNDU 

Naxçıvan Prokurorluğunun rəsmisi vəzifəsindən AZAD OLUNDU 

Hazırda oxunan: Naxçıvan Prokurorluğunun rəsmisi vəzifəsindən AZAD OLUNDU 

123562

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub.

Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO