Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu martın 2-də təyyarə ilə ölkəmizə qayıdıb.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Türkiyəli diplomatlar FHN-in xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin fədakarlıq və peşəkarlıq nümunəsi olduğunu bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:52 / 02.03.2023
Xilasedicilərimizin ikinci qrupu VƏTƏNDƏDİR - FOTO
Hazırda oxunan: Xilasedicilərimizin ikinci qrupu VƏTƏNDƏDİR - FOTO
Hazırda oxunan: Xilasedicilərimizin ikinci qrupu VƏTƏNDƏDİR - FOTO
123484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.