Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 2-ci qrupu təyyarə ilə Vətənə qayıdır.
Bizim.Media xəbər verir ki, azərbaycanlı xilasediciləri gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.
Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 1-ci qrupu ölkəyə qayıdıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.
Bizim.Media