"2022-ci ilin sentyabr ayından bu günə qədər Siyəzən rayonunda 22 ünvanda 26 dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb,21 nəfərin isə həyatını həkimlər xilas edə bilib."
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Siyəzən icra hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, ötən gün Siyəzən şəhər sakinləri olan ər-arvad Arzu və Ruhiyyə Quliyevlər dəm qazından zəhərlənərək vəfat ediblər.
Həmçinin analoji ölüm faktı ötən günlərdə də davam edib:
"Yanvar ayının 9-da Siyəzən rayon polis şöbəsinin əməkdaşları Faiq Iskəndərov və Elmir Əsgərov kirayə yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Fevralın 6-da isə Gəndəhar kənd sakini Şəfəq Nizamova dəm qazının qurbanı olub".
Ölüm faktları ilə bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Əlavə olaraq, dəm qazı zəhərlənmələri ilə bağlı "Azəriqaz"ın Xaçmaz regional idarəsindən bildirilib ki, burada sakinlərin səhlənkarlığı əsas rol oynayır:
"Dəfələrlə yerli aidiyyatı qurumlarla rayon ərazisində əhali arasında maarifləndirmə işləri aparılıb. Sakinlərə qaz sobalarından və "5 minutka" adlandırılan cihazlardan təhlükəsiz istifadə etmələri tövsiyə edilib. Amma bəzi sakinlərin səhlənkarlığı faciəyə gətirib çıxarıb", deyə qurumdan bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 02.03.2023
Siyəzəndə dəm qazından ölənlərin STATİSTİKASI
Hazırda oxunan: Siyəzəndə dəm qazından ölənlərin STATİSTİKASI
Hazırda oxunan: Siyəzəndə dəm qazından ölənlərin STATİSTİKASI
123375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.