Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlandı – 2 NƏFƏR TUTULDU

Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlandı – 2 NƏFƏR TUTULDU

Hazırda oxunan: Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlandı – 2 NƏFƏR TUTULDU

123366

Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və ötən ilin dekabr ayından bu il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO