Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

Hazırda oxunan: Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

123354
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Norveçin Roqaland Təlim Fondu ilə birlikdə həyata keçirilən "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" layihəsinə həsr edilmiş konfrans keçirilib.

Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda peşə təhsili sahəsində həyata keçirilən islahata dəstək olmaq, gəmiçilik, dənizçilik, aqrar və balıqçılıq sahəsində peşə təhsili müəssisələrində kadr hazırlığı prosesinin səmərəli təşkili yollarını araşdırmaq, peşə təhsili sahəsində 3 tərəfli əməkdaşlıq əlaqələrinin inkişafı və normativ-hüquqi bazanın təkmilləşdirilməsidir. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində qeyd edilən sahələr üzrə əmək bazarının tələblərinə uyğun olaraq kurikulumların hazırlanması, mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin yüksəldilməsi, müvafiq sahələr üzrə peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlıq əlaqələrinin yaradılması və üç tərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Tədbirdə Təhsil Nazirliylinin və pilot peşə təhsili müəssisələrinin nümayəndələri ilə yanaşı, İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin nümayəndələri ilə yanaşı, Azərbaycan İşəgötürənlər Konfederasiyası, Sumqayıt Kimya Sənaye Parkı, Aztexnolayn və digər müəssisələri təmsil edən nümayəndələr iştirak edib. 

Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib

Azərbaycanda peşə təhsili ilə bağlı geniş konfrans keçirilib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO