İlham Zəkiyev şəhid qızının məktubuna görə Şəkiyə gəldi – FOTO

İlham Zəkiyev şəhid qızının məktubuna görə Şəkiyə gəldi – FOTO

Hazırda oxunan: İlham Zəkiyev şəhid qızının məktubuna görə Şəkiyə gəldi – FOTO

123317

Şəkinin Qoxmuq kənd tam orta məktəbində Paralimpiya oyunları çempionu İlham Zəkiyev ilə görüş keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, görüşdə məktəbin şagirdləri və müəllim kollektivi iştirak edib. Sinifləri gəzib, şagirdlərlə söhbət edən paralimpiyaçı daha sonra məktəbin akt zalında məktəblilərlə uğurlarının sirlərini bölüşüb.

O, vurğulayıb ki, uğura aparan yol zəhmətkeş , əzmkar olmaqdan keçir.

Çıxışlardan sonra İlham Zəkiyev məktəblilərin maraqlandığı sualları cavablandırıb. Sonda şagirdlər şeirlər söyləyib və Xudayar təsnifini ifa ediblər.

Qeyd edək ki, görüş Vətən müharibəsi şəhidi Kazım Məmmədsalahovun qızının İlham Zəkiyevə yazdığı məktub əsasında baş tutub. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO