Siyəzəndə ər-arvadın dəm qazından boğulması ilə bağlı diaqnostik mərkəzin MƏLUMATI - YENİLƏNİB 

Siyəzəndə ər-arvadın dəm qazından boğulması ilə bağlı diaqnostik mərkəzin MƏLUMATI - YENİLƏNİB 

Hazırda oxunan: Siyəzəndə ər-arvadın dəm qazından boğulması ilə bağlı diaqnostik mərkəzin MƏLUMATI - YENİLƏNİB 

123283

"Bizə ər-arvad gətiriləndə artıq bioloji ölüm keçirmişdilər, ölü vəziyyətdə idilər. Buna baxmayaraq, tibbi personal Arzu və Ruhiyyə Quliyevlərə tibbi müdaxilə edib, iynə vurulub. Amma görülən tədbirlərə baxmayaraq, ər-arvadın həyatını xilas etmək mümkün olmayıb". 

Bu məlumat Bizim.Media-nın Şimal bürosuna Siyəzən Müalicə-Dioqnostika Mərkəzindən verilib. 

Onların hamamda dəm qazından boğulub öldükləri məlum olub. 

Faktı Siyəzən rayon prokurorluğu araşdırır.

*** 23:26

Siyəzəndə ər-arvad dəm qazından ölüblər. Hadisə Siyəzən şəhərindəki S.Xeyrullayev - 63 ünvanında baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, evdə yaşayan 46 yaşlı Arzu Adıgözəl oğlu Quliyev və arvadı, 47 yaşlı Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər. 

Siyəzən Müalicə -Dioqnostika Mərkəzinə çatdırılan ər-arvad xəstəxanada keçiniblər.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO