Suqovuşanda şəhid olan Elşən Müslümovun anım günü keçirildi – FOTO

Suqovuşanda şəhid olan Elşən Müslümovun anım günü keçirildi – FOTO

Hazırda oxunan: Suqovuşanda şəhid olan Elşən Müslümovun anım günü keçirildi – FOTO

123211

Ağsuda 2-ci Qarabağ müharibəsinin şəhidi, çavuş Elşən Habil oğlu Müslümovun anım günü keçirilib. Rayonun 4 saylı tam orta məktəbində reallaşan mərasimdə sinif otaqlarından birinə şəhidin adı verilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhid Elşən Müslümovun xatirəsinə həsr olunmuş tədbirdə əvvəlcə dövlət himni səslənib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, idarə, təşkilat nümayəndələri, eləcə də şəhid ailələri və şəhid Elşən Müslümovun ailə üzvləri iştirak edib.

Çıxış edənlər Elşən Müslümovun keçdiyi döyüş yolundan söhbət açaraq onun necə igid, cəsur, eləcə də döyüş zamanı göstərdiyi qəhrəmanlıqlarından danışıblar.

Bundan başqa tədbirdə şəhidin həyatından bəhs edən videoçarx nümayiş olunub. .Məktəb şagirdlərinin ifasında müxtəlif şerlər və kompazisiyalar səslənib. Çıxış edənlər bildiriblər ki, bu kimi tədbirlərin keçirilməsi, şəhidlərin yad edilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.

Qeyd edək ki, şəhid çavuş Elşən Habil oğlu Müslümov 1995-ci ildə Bakı şəhərində anadan olub və o əslən Ağsunun Kalva kəndindəndir.

Elşən ilk təhsilini Bakı şəhəri 286 saylı tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra 2011-ci ildə Bakı Humanitar Kollecinə daxil olub. 2014-cü ildə isə Bakının Yasamal rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Elşən xidməti dövründə çavuş rütbəsi alaraq manqa komandiri və məxfi rabitəçi vəzifəsində çalışıb. Ölkəmizdə 2-ci Qarabağ müharibəsi başlananda Elşən də bütün Azərbaycan oğulları kimi cəbhəyə yollanır. O cəbhənin müxtəlif istiqamətlərində vuruşaraq düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərib.

Onun son döyüşü Suqovuşan uğrunda gedən döyüş olur və Elşən həmin döyüşdə qəhrəmancasına şəhid olur.

Qeyd edək ki, şəhid çavuş Elşən Habil oğlu Müslümov ölümündən sonra dövlət başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Vətənə xidmətə görə 3-cü dərəcəli medalı”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO