Qəbələdə icbarı tibbi sığorta ilə bağlı vətəndaşlar MAARİFLƏNDİRİLDİ - FOTO 

Qəbələdə icbarı tibbi sığorta ilə bağlı vətəndaşlar MAARİFLƏNDİRİLDİ - FOTO 

Hazırda oxunan: Qəbələdə icbarı tibbi sığorta ilə bağlı vətəndaşlar MAARİFLƏNDİRİLDİ - FOTO 

123108

Qəbələ rayonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Qəbələ rayon icra hakimiyyətinin və Qəbələ rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə “İcbari Tibbi Sığorta” mövzusunda növbəti tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon ictimayyəti nümayəndələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığortadan istifadə qaydaları üzrə maarifləndirilməsi olub.

Qəbələ rayon mərkəzi xəstəxanasının direktoru Ceyhun Əhmədov tədbiri açaraq tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını bildirib, rayon xəstəxanasının müasir texnoloji nailiyyətlərə əsaslanan tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırıb.
Mərkəzi xəstəxananın Terapevtik xidmətlər üzrə direktor müavini Fikrət Cəfərov öz çıxışında ötən ildə İcbari Tibbi Sığortadan yararlanan xəstələr barədə məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki regional filialının rəhbəri Laçın İbrahimxəlilov icbari tibbi sığorta haqqında, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın xidmətlər zərfində təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası haqqında ətraflı məlumat verib.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Tural Rasim oğlu Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO