Hərbi hissələrdə minaaxtarma əməliyyatları öyrədilir

Hərbi hissələrdə minaaxtarma əməliyyatları öyrədilir

Hazırda oxunan: Hərbi hissələrdə minaaxtarma əməliyyatları öyrədilir

122960

Hazırda hərbi hissələrdə humanitar minaaxtarma və döyüş ərazilərinin təmizlənməsi, ümumilikdə beynəlxalq minaaxtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu sözləri ANAMA-ın Əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov deyib.

O bildirib ki, ərazidə müharibədən sonrakı dövrdə beynəlxalq minaaxtarma əməliyyatları geniş vüsət alıb:

“Bütün bu işlə məşğul olan təşkilatların eyni bir qayda ilə işləməsi lazımdır. Çünki sonda əhalimiz bu ərazilərdə rahatlıqla məskunlaşa bilsinlər. ANAMA-da bu səbəbdən üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır.
ANAMA beynəlxalq minaaxtarma işində ən təcrübəli təşkilatdır. Bu sahədə digər təşkilatlara da təcrübə mübadiləsini də həyata keçirir. Bu səbəbdən təlimlər təşkil edilir. ANAMA-da buna görə təlim heyəti genişlənir, həm də təlim üçün vəsaitlər çoxaldılır”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO