“Azərbaycanda 800 qəzalı məktəb var” – Nazir

“Azərbaycanda 800 qəzalı məktəb var” – Nazir

Hazırda oxunan: “Azərbaycanda 800 qəzalı məktəb var” – Nazir

122825

“Azərbaycanda 800-dən çox məktəbimiz qəzalıdır. Bu qədər məktəbi eyni gündə və ya eyni ildə təmir etmək mümkün deyil. Təmir işləri mərhələli şəkildə aparılır və biz bütün məktəblərə baxırıq”.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, elə məktəblər var ki, doğrudan da acınacaqlı durumdadır və ürəkaçan deyil:

“Bunu mən də etiraf edirəm. Hər bir məktəbin yaxşı olması və orada təhsil alan şagirdlərin rahatlığının təminatı dövlətin nəzarətindədir. İl ərzində hər rayonda 1 və ya 2 məktəb təmir etməyə çalışırıq.

Heydər Əliyev Fondu tərəfindən də təmir edilən məktəbləri xüsusi vurğulamaq istəyirəm. Reallıq odur ki, biz ilk olaraq  böyük və daha acınacaqlı olan məktəblərin təmirindən başlayırıq”, - deyə nazir əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO