Emin Əmrullayev 8 martla bağlı pulun yığılmasına münasibət bildirib

Emin Əmrullayev 8 martla bağlı pulun yığılmasına münasibət bildirib

Hazırda oxunan: Emin Əmrullayev 8 martla bağlı pulun yığılmasına münasibət bildirib

122821

“8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlər tərəfindən pul yığılması məktəb idarəsində düzgün hal hesab olunmur”. 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir vurğulayıb ki, valideynlər belə hallar baş verdikdə nazirliyə müraciət etməlidirlər:

“Bizə şikayətlər daxil olmalıdır ki, məsələni araşdıraq. Əksər hallarda pul yığılması heç də müəllimlərin təşəbbüsü ilə həyata keçmir. Valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırsa, külli miqdarda pul yığılırsa, bu, məktəbin idarə olunmasına adekvat deyil. Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edirlər”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO