Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük yarımstansiya nə zaman TƏHVİL VERİLƏCƏK? - FOTO

Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük yarımstansiya nə zaman TƏHVİL VERİLƏCƏK? - FOTO

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük yarımstansiya nə zaman TƏHVİL VERİLƏCƏK? - FOTO

122781

2022-ci ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstaniyasında işlər davam edir və yekunlamaq mərhələsinə daxil olub.

Bizim.Media xəbər verir ki, 9 ay keçməsinə baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstansiyasında “AzərEnerji” tərəfindən böyük həcmdə torpaq, tikinti, quraşdırma işləri olmaqla yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kV-luq Açıq Paylayıcı qurğular, Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Beləliklə, az müddətdə çox böyük işlər həyata keçirilib və beləliklə işlərin 80 faizdən çoxu görülüb. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.

Paralel olaraq Ağcəbədi yarımstansiyasından Cəbrayıla 132 km məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi işləri həyata keçirilib və işlərin böyük hissəsi görülüb.

Eyni zamanda, "Cəbrayıl" Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq “Ağcabədi” yarımstansiyasının tam yenidən qurulmasına başlanılıb və burda da işlər tamamlanmaqdadır.
Həmçinin “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən 110 kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq "Cəbrayıl" Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 12 km məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilməsi prosesi də yekunlaşmaqdadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO