Yaponiyalı xizəkçilər Şahdağda masterklas GÖSTƏRDİ– FOTO

Yaponiyalı xizəkçilər Şahdağda masterklas GÖSTƏRDİ– FOTO

Hazırda oxunan: Yaponiyalı xizəkçilər Şahdağda masterklas GÖSTƏRDİ– FOTO

122732

Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə Şahdağda xizək və snoubord üzrə master-klass keçib.

Bizim.Media xəbər verir ki, Qış İdman Növləri Federasiyasının, “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə master-klass keçirilib.

Təlimin keçirilməsində məqsəd Azərbaycanda qiş idman növlərini təşviq etmək, xizək fristaylının “mogul” növünü Azərbaycanda tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

“Şahdağ” Turizm Mərkəzində baş tutan təlim çərçivəsində Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə və həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdirib.

Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı eləcə də Qış İdman Növləri Federasiyasının və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə master-klass keçirilib. 

Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO