Gəncəli iş adamını Çində necə aldadıblar? – Buna görə lampa zavodu İŞİNİ DAYANDIRIB

Gəncəli iş adamını Çində necə aldadıblar? – Buna görə lampa zavodu İŞİNİ DAYANDIRIB

Hazırda oxunan: Gəncəli iş adamını Çində necə aldadıblar? – Buna görə lampa zavodu İŞİNİ DAYANDIRIB

122507

2021-ci ilin dekabrında Gəncədə işə başlayan LED lampalar zavodu artıq 6 aya yaxındır ki, fəaliyyətini dayandırıb. 

Bizim.Media-ya zavod rəhbərliyinin verdiyi məlumata görə, dayanmanın səbəbi çinli tərəfdaşlarının müqavilənin şərtlərinə əməl etməmələri olub.

İndi 30 nəfər işçisi olan zavodun qapıları uzun müddətdir bağlı qalıb.

Bizim.Media-nın əməkdaşı zavodun direktoru Zəfər Məmmədovla görüşüb. Müəssisənin rəhbəri bildirib ki, fəaliyyətə başladıqdan sonra bir müddət işlərin qaydasında gedib:

“İstehsal sahəmiz Gəncənin mərkəzində, indiyədək istifadəsiz qalmış keçmiş tikiş fabrikinin ərazisində yaradılıb. 1500 kvadratmetr sahəsi olan zavodda xaricdən gətirilən müasir avadanlıqlar quraşdırılıb. Müəssisənin ərazisi abadlaşdırılıb, əməkdaşların fəaliyyəti və istirahəti üçün şərait yaradılıb. Zavodda 4 növ - 7 vatt, 9 vatt, 12 vatt və 15 vatt gücündə olan led lampalar istehsal olunurdu. Zavodun istehsal gücü ayda 500 min ədəd lampa istehsal etməyə imkan verir, fəaliyiiətini dayandıranadək gündə 4 min ədəd lampa istehsal edə bilirdik.

Zavodun avadanlıqları və əksər xammal Çin Xalq Respublikasından gətirilir. Ötən ilin yay aylarında, daha dəqiq desək xammalın alınması üçün Çinin ZHONGSHAN RACHEL LİGHTİNG CO LTD şirkəti ilə iki tərəfli razılaşma əldə olundu və müqavilə bağladıq.
Şirkətimizin nümayəndəsi həmin şirkətdə oldu və alacağımız xammala baxdı, razılıq əldə olundu. 13 iyul 2022-ci ildə “Bank Respublika” ASC vasitəsilə HONG KONG-da yerləşən DEUT. BANK AG də həmin şirkətin hesabına ilkin mərhələdə 62 min dollar ödədik. Ümumilikdə isə 300 min dollarlıq xammal alınması üçün razılığa gəlmişdik. O gündən bu günə həmin şirkət nə bizim pulumuzu qaytarmır, nə də xammalımızı göndərmir. Buna görə də artıq uzun müddətdir ki, zavod fəaliyyətini dayandırıb”.

Şirkət rəhbəri bununla bağlı bütün instansiyalara, Çinin Azərbaycandakı səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə kömək üçün müraciət etdiklərini deyir:

“Biz Çin Xalq Respublikasında həmin şirkəti məhkəməyə də vermişik. Ümid edirik ki, Azərbaycan Hökuməti də yerli şirkətin inkişaf etdirilməsi naminə bizə yardımçı və dəstək olacaq. Hələlik məhkəmənin qərarını gözləyirik”.

Müəssisənin rəhbəri işlərin yenidən bərpa olunması üçün başqa şirkətlə danışıqlar apardıqlarını da vurğulayıb. Ümid edir ki, bu ilin aprel-may aylarında zavod fəaliyyətini tam bərpa edə biləcək:

“Yaxın vaxtlarda xammalın göndərilməsinə nail ola biləcəyik. Ümumilikdə zavodun fəaliyyətini daha da böyütmək fikrimiz var. Əgər hər şey planlaşdırıldığı kimi olarsa, müəssisəsədə işçilərin sayını 100-150 nəfərə çatdırmağı, aylıq istehsalı isə yüksəltməyi nəzərdə tuturuq”. 

Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO