“İnsanların əmanətlərini geri çəkməsi banklarda problemlərə səbəb ola bilər” – Rüfət Quliyev 

“İnsanların əmanətlərini geri çəkməsi banklarda problemlərə səbəb ola bilər” – Rüfət Quliyev 

Hazırda oxunan: “İnsanların əmanətlərini geri çəkməsi banklarda problemlərə səbəb ola bilər” – Rüfət Quliyev 

122385

“2016-cı ildən bəri banklardakı əmanətlərdən vergi tutulmurdu. Nəticədə, 7 il ərzində banklardakı depozitlərin həcmi 6 milyarddan 12 milyarda qədər artdı. Bu Azərbaycan banklarına və manata inamı artırdı”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Rüfət Quliyev səsləndirib. 

“İndi isə depozitdən gələn gəlirə vergi tətbiq olunacaq. Məlumat alıram ki, insanların çoxu qanunun qəbulundan sonra əmanətlərini banklardan geri çəkirlər.

Bu banklar üçün ciddi problemlər yarada bilər. Bu vergilər vasitəsilə hər il büdcəyə 50 milyon manat əlavə gəlir daxil olacaq. Lakin düşünürəm ki, bu vəsaiti başqa mənbələr hesabına da cəlb etmək olardı”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO