Qaxda 46 sm qar yağıb - Faktiki hava

Qaxda 46 sm qar yağıb - Faktiki hava

Hazırda oxunan: Qaxda 46 sm qar yağıb - Faktiki hava

121864

Fevralın 22-də Azərbaycan ərazisində hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi dağlıq ərazilərdə arabir qar yağıb. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qar örtüyünün hündürlüyü: Qaxda 46 sm, Ağdərədə 25 sm, Daşkəsəndə 9 sm, Qrızda 7 sm, Xaltanda 5 sm, Şahdağda 3 sm olub. 

Külək: Şimal-qərb küləyi arabir Ağdamda 26 m/s, Qobustanda 25 m/s, Tərtər, Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Şəki, Mingəçevir, Göyçayda 22 m/s, Zərdab, Qəbələdə 20 m/s, Gəncə, Kəlvəz, Yevlax, İsmayıllıda 18 m/s, Sabirabad, Şahdağ, Qax, Altıağac, Qubada 17 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb. 

Havanın temperaturu: fevralın 21-də Bakıda iqlim normasından 2.3° yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-6° isti, Naxçıvanda 0-5° şaxta, dağlıq rayonlarda 8°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO