“Naxçıvan” Universitetində İLK – Yeni sınaq imtahanı keçirilib - FOTO

“Naxçıvan” Universitetində İLK – Yeni sınaq imtahanı keçirilib - FOTO

Hazırda oxunan: “Naxçıvan” Universitetində İLK – Yeni sınaq imtahanı keçirilib - FOTO

121470

“Naxçıvan” Universiteti artıq tələbə fokuslu müəssisələrdən biri olan “Hədəf” kursları ilə əməkdaşlığa başlayıb.  

Bizim.Media xəbər verir ki, iki müəssisə arasındakı əməkdaşlıq elm, təhsil, qarşılıqlı maraq kəsb edən sahələri əhatə edəcək. 

Həmçinin, müqavilə üzrə bir sıra fəaliyyət istiqamətləri-nümayəndələrin iştirakı ilə birgə layihələrin, təlimlərin, dəyirmi masaların, seminarların, müzakirələrin keçirilməsi, mütəxəssis hazırlığına dəstək verilməsi, elm-təhsil sahəsində digər müxtəlif layihələrin reallaşdırılması, abituriyentlərin sınaq imtahanlarının “Naxçıvan” Universitetində keçirilməsi kimi  istiqamətlər müəyyənləşib.
Müəyyənləşən fəaliyyət istiqamətlərindən biri artıq reallaşıb. 

Belə ki, 19 feval 2023-cü il tarixində abituriyentlərin sınaq imtahanı “Naxçıvan” Universitetində keçirilib. Keçirilən sınaq imtahanında isə 600-ə yaxın abituriyent iştirak edib.

Məlumat üçün bildirək ki, 15 ildir fəaliyyət göstərən “Hədəf” kursları abituriyent hazırlığı istiqamətində fərqlənən və öz dəsti xətti ilə seçilən, peşəkar müəllim heyyətinə malik tədris müəssisəsidir. Ali məktəblərə hazırlaşan abituriyentlərin daha çox kütləsini qəbul edən tədris mərkəzi fəaliyyət göstərdiyi illər ərzində böyük uğurlara imza atıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO