Zaqatalada zəncirvari QƏZA: Yaralananlar var

Zaqatalada zəncirvari QƏZA: Yaralananlar var

Hazırda oxunan: Zaqatalada zəncirvari QƏZA: Yaralananlar var

121447

Zaqatalanın Aşağı Tala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Aşağı Tala kənd sakini 70 yaşlı Didiy Qazıyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə rayon sakini, 43 yaşlı Rəhman İsmayılovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.  

Toqquşmanın təsirindən hər iki avtomobil yolun kənarında dayanan Osman Donbulova məxsus “VAZ 2106” markalı minik avtomobilinə zərər dəyib.
Yol-nəqliyyat hadisəsi zamanı sürücülərdən Didiy Qazıyev və onun sərnişini, rayonun Yuxarı Tala kənd sakini , 66 yaşlı Müzəffər Şıxamirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardımın köməyi ilə hər iki şəxs Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata əsasən, sürücü Didiy Qazıyevin xəsarətləri yüngül olduğundan ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sərnişin  Müzəffər Şıxamirovun müayinə və müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO