Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edənlərdən tələb olunan sənədlər - DMX açıqladı

Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edənlərdən tələb olunan sənədlər - DMX açıqladı

Hazırda oxunan: Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edənlərdən tələb olunan sənədlər - DMX açıqladı

12125

Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edənlərdən tələb olunan sənədlər- DMX açıqladı
Hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarından tələb olunan sənədlər açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Azərbaycan arasında viza ilə bağlı sənəd təsdiq edildi


Qeyd olunub ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur.

Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.

Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

Bundan əlavə, Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir. Həmçinin quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən Səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO