Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər keçirilir - VİDEO 

Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər keçirilir - VİDEO 

Hazırda oxunan: Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər keçirilir - VİDEO 

121183

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində ekoloji mühitin qiymətləndirilməsi, biomüxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlərə başlanılıb. 

Bizim.Media xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, qoruğun ərazisində aidiyyəti qurumlarla birgə flora və fauna növlərinin qiymətləndirilməsi, inventarlaşdırılması işləri həyata keçirilir. 

"Eyni zamanda, fauna aləminin müşahidəsi məqsədilə ərazidə videotələlər quraşdırılıb". 

Xidmət rəisi onu da qeyd edib ki, son bir həftə ərzində quraşdırılan videotələlər vasitəsilə tirəndaz (Hystrix indica), adi qırqovul (Phasianus colchicus), çöl donuzu (Sus scrofa) və digər fauna növlərinin görüntüləri qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik: 

Bizim.Media
 


 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO