İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən istifadə ilə bağlı YENİ QAYDA 

İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən istifadə ilə bağlı YENİ QAYDA 

Hazırda oxunan: İşsizlikdən Sığorta Fondunun vəsaitlərindən istifadə ilə bağlı YENİ QAYDA 

121051

İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitləri investisiya kimi istifadə oluna biləcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb. 

Dəyişikliyə əsasən, qanuna yeni bənd əlavə edilir. 

Müvafiq bənddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. 

İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir. 

İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO