63 yaşlı kişi evində ölü tapıldı - ÖZƏL

63 yaşlı kişi evində ölü tapıldı - ÖZƏL

Hazırda oxunan: 63 yaşlı kişi evində ölü tapıldı - ÖZƏL

121002

Xaçmaz rayonunda ölüm hadisəsi baş verib. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, olay Xaçmazın Çaykənarı kəndində olub.

Gödəkli kənd sakini İkram Əlağa oğlu Teymurovun Çaykənarı kəndindəki evində meyiti aşkar edilib.

Onun səfil həyat tərzi sürdüyü deyilir. Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırmalar aparıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil. Meyitə tibbi ekspertlər də baxış keçiriblər. 

Xaçmaz rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO