“Son 15-20 il ərzində Azərbaycanda xeyli sayda

“Son 15-20 il ərzində Azərbaycanda xeyli sayda "kabinet generalları" yetişib”x9d

Hazırda oxunan: “Son 15-20 il ərzində Azərbaycanda xeyli sayda "kabinet generalları" yetişib”x9d

120939
Son günlər həm gündəlik elektron mətbuatda, həm də sosial şəbəkələrdə ən çox dəbdə olan, müzakirə mövzusuna çevrilən məsələlərdən biri müasir Azərbaycanın generalları ilə bağlı olduğuna görə həm mətbuat nümayəndələri, həm də sosial şəbəkədə olan dostlar-tanışlar mənə xeyli suallar ünvanlıyırlar. Həmin sualları ümumiləşdirərk qısaca da olsa, burada bəzi fikirlərimi sizə çatdırmaq istəyirəm.
Azərbaycan hərb tarixində hər zaman dəyərli sərkərdələrimiz - general və admirallar olub, var və yəqin ki bundan sonra da olacaqlar. Hərb tarixi və generallarımız haqqında silsilə əsərlər müəllifi, tədqiqatçı-jurnalist, mənim yaxın dostum və sirdaşım hörmətli polkovnik-leytenant Şəmistan Nəzirlinin bu sahədəki araşdırmaları misli-bərabəri olmayan əsərlərdir. Çox istərdim ki, bizim müasir tariximizin sərkərdələri “Güllələnmiş Azərbaycan generalları”x9d, “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov”x9d, “İyirminci ildə Qarabağ döyüşləri”x9d, “General Yadigarov qardaşları”x9d, “Cümhuriyyət generalları”x9d və başqa tarixi sənədlər əsasında yazılmış bu əsərləri həm oxusunlar, həm də özlərinin bərli-bəzəkli kabinetlərində stolüstü əyani vəsaitə çevirsinlər. Təkcə Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, İsmayıl bəy Qutqaşınlı, Cəfərqulu ağa Bakıxanov, İbrahim ağa Vəkilov, həmçinin yaxın tariximizin tanınmış sərkərdələri Həzi Aslanov, Valeh Bərşadlı, vitse-admiral Həmid Qasımbəyev və daha yüzlərlə əsl Azərbaycanlı eloğullarımızla biz hər zaman fəxr etmişik və edirik də. Mən indi burada onlar haqqında təkrarən yazmağa başlasam, yəqin ki, çoxlarının bildiklərini təkrarlamış kimi olaram. Ona görə də, keçirəm birbaşa mətləbə.
Mənə elə gəlir ki, son 15-20 il ərzində Azərbaycanda xeyli sayda "kabinet generalları" yetişib. Onların çoxunu mətbuat vasitəsiylə tanıyırsınız. Mən bu gün onlardan biri haqqında öz fikirlərimi açıqlamaq istərdim.
Yəqin ki, bu gün mətbuatda ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun adına rast gəlmisiniz. Onun nazir oğullarının guya əsgəri xidmətə çağırılması ilə bağlı açıqlamaları ilə də tanışsınız.
Tanıyanlar bilir, tanımıyanlar üçün qısaca olaraq onu qeyd edim ki, biz hörmətli Yaşar Aydəmirovla hələ keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında bərabər xidmət keçmişik. O vaxt Yaşar müəllim mayor, mən isə əvvəl kapitan, sonra isə Azərbaycan ordusunda o polkovnik, mən də polkovnik-leytenant, briqada komandirinin müavini kimi Füzuli istiqamətində erməni-rus hərbi birləşmələrinə qarşı 1994-cü ilin mart-aprel aylarında ölüm-dirim savaşında əlimizdə avtomat silah döyüşlərdə bərabər vuruşmuşuq. Aydəmirovun komandiri olduğu hərbi hissə də bizim əvəzsiz komandirimiz polkovnik Şair Ramaldanovun rəhbərlik etdiyi hərbi hissənin qəhrəman döyüşçüləri ilə birgə 23 yaşayış məntəqəmizi yağı düşməndən geri almaq əməliyyatında böyük fədakarlıqlar göstərmişdir. Çox döyüşkən və savadlı zabit olub. Sonradan o korpus komandiri, daha sonra Müdafiə Nazirliyində idarə rəisi, daha sonra Çin Xalq Respublikasında hərbi attaşe kimi xidmət keçib. İndi isə ehtiyatdadır və mülki şəxs kimi səhv etmirəmsə Müdafiə Nazirliyində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 
Çox böyük hörmətim var bu generala. çünki, o Əfqanıstan və Qarabağda özünü əsl zabit və general kimi sübut edib.
Amma, son zamanlar, hiss edirəm və görürəm ki, kimlərsə ya bilərəkdən, ya da bilməyərəldən hörmətli general-leytenant, dəyərli dostum Yaşar Aydəmirovu sanki gözdən salmaq üçün ona xas olmayan işlərə cəlb ediblər. Ötən həftələrdə onu hansısa dığa erməni "komandos", güclə general-mayor rütbəsini alan Arkadi Ter-Tadevosyanla "söz dueli"ndə bir qədər yaxşı olmayan vəziyyətdə cəmiyyətə təqdim etmişdilər. Əvvala, erməni dığasının qarşısına Yaşar Aydəmirov çəkili "ağır artilleriya" əvəzinə döyüşlərdə iştrak etmiş hər hansı mayor və ya polkovnik çıxarılsaydı, bu daha yaxşı olardı, nəinki general-leytenant rütbəli çox təcrübəli zabitimizi. Bu gün də, yəqin ki, çoxlarınız hörmətli Yaşar Aydəmirovun bir müsahibəsini oxumusunuz. General öz müsahibəsində cəmiyyəti maraqlandıran bir çox məsələlərə münasibətini açıqlayıb. Amma, onun imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama gətirdiyi aydınlıq isə bəlkə də onun general bioqrafiyasında ən uğursuz və heç də cəmiyyətdə müsbət qarşılanmayan, səmimi olmayan bir açıqlama kimi yaddaşlarda qalacaqdır. Çox da dərinə getmək istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, bu gün Silahlı Qüvvələrimizdə konkret sahələr üzrə xeyli idarə və şöbə rəisləri vardır. Onlar arasında polkovniklər də, bu gün sabah general olmağa hazırlaşan və ya artıq bu rütbədə olan xeyli vəzifəlilərimiz var. Onların birbaşa borcudur ki, mütəmadi olaraq həm mətbuat qarşısında çıxıb Azərbaycan ictimaiyyətini maraqlandıran bütün aktual məsələlərə savadlı və arqumentli cavablar versinlər. Yoxsa, bizim bəzi hörmətli generalların bir qismi sinələrinə yalandan saysız-hesabsız orden-medal plankaları taxmaqla cəmiyyəti qıcıqlandırmaqla məşğul olmamalıdırlar. Bu iradımın dəyərli döyüş keçmiş generallarımıza və xüsusən də hörmətli Yaşar Aydəmirova qətiyyən aidiyyatı yoxdur. Eyni zamanda onu da qeyd etməyi vacib sayıram ki, bu gün təkcə Müdafiə Nazirliyində olan bəzi generallar deyil, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olan rəhbər şəxslərin də bəziləri layiq olmadıqları orden-medal plankalarını sinələrinə taxıblar. Halbuki reallıqda onlar o orden və medallarla heç vaxt təltif edilməyiblər. Ayıbdır, çıxarın sınənizdəki o yalançı orden-medal plankalarınızı. Yoxsa, bir gün Ali Baş Komandan və hüquq -mühafizə orqanları sizdən bu haqda soruşa bilərlər.General həm adına, həm də daşıdığı rütbənin mahiyyətinə hörmət etməklə, xalqına, dövlətinə vicdanla xidmət göstərməlidir.
Tanrı Silahlı Qüvvələrimizi qorusun!!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytenant
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO