İpoteka ödənişlərini mənimsəyən vəzifəli şəxs MƏHKƏMƏYƏ VERİLDİ  

İpoteka ödənişlərini mənimsəyən vəzifəli şəxs MƏHKƏMƏYƏ VERİLDİ  

Hazırda oxunan: İpoteka ödənişlərini mənimsəyən vəzifəli şəxs MƏHKƏMƏYƏ VERİLDİ  

120636

İpoteka ödənişlərini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxsin barəsində ibtidai istintaq tamamlanıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı “Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Cahandar Əmrahlıya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmçinin, istintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO