Bələdiyyə mülkiyyətinə qaytarılan torpaqların sahəsi AÇIQLANDI 

Bələdiyyə mülkiyyətinə qaytarılan torpaqların sahəsi AÇIQLANDI 

Hazırda oxunan: Bələdiyyə mülkiyyətinə qaytarılan torpaqların sahəsi AÇIQLANDI 

120549

Bələdiyyə torpaqlarından qanunauyğun, bələdiyyə mənafeyi naminə səmərəli istifadə olunması da yerli büdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədə işlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.

Qeyd olunub ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 1.045 ha torpaq sahəsinin mülkiyyətə, 12.043 ha torpaq sahəsinin icarəyə, 1 ha torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13.089 ha (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 911 ha torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır. 

Bələdiyyə aktlarının ləğvi və dəyişdirilməsi nəticəsində onların mülkiyyətinə və ya sahibliyinə qaytarılmış torpaq sahələrinin 7.423 hektarını örüş sahələri təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO