Bu gün akademik Arif Paşayevin doğum günüdür

Bu gün akademik Arif Paşayevin doğum günüdür

Hazırda oxunan: Bu gün akademik Arif Paşayevin doğum günüdür

120533

Akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin bu gün doğum günüdür.

Bizim.Media xəbər verir ki, A.Paşayev 1934-cü il fevralın 15-də Bakıda ziyalı ailəsində doğulub.

A.Paşayev 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Alim 1978-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. O, 40 ildən artıq zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.

Akademik 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. O, Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. Azərbaycanda elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.
A.Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində Birləşmiş İxtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində Aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə Şurasının üzvüdür. Əməkdar elm xadimi 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.

Bizim.Media akademik Arif Paşayevi doğum günü münasibətilə təbrik edir. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO