Nazirlik Türkiyədən gətirilən vətəndaşlarımız üçün reabilitasiya planı hazırladı

Nazirlik Türkiyədən gətirilən vətəndaşlarımız üçün reabilitasiya planı hazırladı

Hazırda oxunan: Nazirlik Türkiyədən gətirilən vətəndaşlarımız üçün reabilitasiya planı hazırladı

120378

Türkiyədən gətirilən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb edilən vətəndaşlarımızın hər biri üçün reabilitasiya planı hazırlanıb.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib:
 

MÖVZU İLƏ BAĞLI:

464 nəfər Türkiyədən Azərbaycana təxliyə EDİLDİ


“Fevralın 6-da Türkiyənin bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkdiyi üçün ölkəmizə təxliyyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri - ümumi olaraq 6 ailənin (ümumilikdə 22 nəfər) müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə müddəti bitdiyi üçün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb ediliblər.

Müəssisəyə müvəqqəti yerləşdirilmiş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlanıb və onların sosial reinteqrasiyası və sosial-reabilitasiyası tədbirləri həyata keçiriləcək”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO