Qəbələlilərin qardaş yardımı DAVAM EDİR - FOTO 

Qəbələlilərin qardaş yardımı DAVAM EDİR - FOTO 

Hazırda oxunan: Qəbələlilərin qardaş yardımı DAVAM EDİR - FOTO 

120268

Qardaş Türkiyədə baş verən zəlzələdə zərər görənlər üçün Qəbələdə hazırlanan humanitar yardımın növbəti maşın karvanı yola çıxıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bu gün rayon icra hakimiyyəti tərəfindən 4 TIR humanitar yardım Türkiyəyə yola salınıb. 

Qardaş yardımına zəlzələ bölgəsində daha çox ehtiyac duyulan elektrik generatorları və içməli su daxildir.  

Qeyd edilib ki, zəlzələnin ilk günləri rayon sakinləri, iş adamlarının eləcə də icra hakimiyyətinin təşkilatçılığı ilə göndərilən isti geyim, yatacaq və dəstləri eləcə də qida məhsullarından ibarət maşın karvanı artıq Türkiyəyə çatıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO