İcra Hakimiyyətlərində maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT EDİLDİ

İcra Hakimiyyətlərində maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT EDİLDİ

Hazırda oxunan: İcra Hakimiyyətlərində maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluğa MÜRACİƏT EDİLDİ

120229

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. 

Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO