Həftəsonu 12 nəfər yol qəzasında həyatını İTİRDİ

Həftəsonu 12 nəfər yol qəzasında həyatını İTİRDİ

Hazırda oxunan: Həftəsonu 12 nəfər yol qəzasında həyatını İTİRDİ

120096

Həftəsonu yol qəzalarında 12 nəfər ölüb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, fevralın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 128, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. 

Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 115 nəfər saxlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO