Naxçıvanbank kollektivindən Türkiyəyə dəstək - FOTO/VİDEO

Naxçıvanbank kollektivindən Türkiyəyə dəstək - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanbank kollektivindən Türkiyəyə dəstək - FOTO/VİDEO

119982

"Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 500 nəfərlik müxtəlif zəruri ehtiyac və qida məhsullarından ibarət qutular hazırlayaraq yardım toplama məntəqəsinə təhvil verib. 

Bankdan Bizim.Media-ya bildirilib ki, qardaş Türkiyə Respublikasında baş verən faciəvi zəlzələnin ilk günlərindən Naxçıvanbankın bir çox əməkdaşı Türkiyəyə ianə köçürmələri həyata keçirib və yardımlar göndərib.

Kollektiv olaraq isə növbəti dəfə zərərçəkənlər üçün zəruri  ehtiyac və qida məhsulları qutulara yığılaraq Naxçıvanda yerləşən yardım toplama məntəqəsindən Türkiyəyə yola salınıb.

Həmçinin Naxçıvanbank tərəfindən Qardaş Türkiyəyə ianə köçürmələri üzrə komissiya haqqı da ləğv edilmişdir ki, bununla da müştərilərin ianələrini daha rahat, sürətli və komissiyasız həyata keçirməsi təmin olunub. Ümid edirik ki, Türkiyədə zəlzələdən qaynaqlanan bütün problemlər tezliklə aradan qalxacaq və zərərçəkənlərin həyat səviyəsi daha da yaxşılaşacaq.

"Naxçıvanbank olaraq bu istiqamətdə hər zaman Qardaş Türkiyə Respublikasının yanındayıq və dəstək olmağa davam edəcəyik. Zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa və ailələrinə səbr diləyirik",-  Bankın məlumatında bildirilir.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO