Ağdamdan növbəti yardım maşını Türkiyəyə yola düşdü - FOTO 

Ağdamdan növbəti yardım maşını Türkiyəyə yola düşdü - FOTO 

Hazırda oxunan: Ağdamdan növbəti yardım maşını Türkiyəyə yola düşdü - FOTO 

119928

Ağdam rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə yığılan yardım bağlamaları Türkiyəyə yola salınıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aksiya zamanı rayon könüllülərinin fəallığı diqqət cəlb edib. Qısa müddət ərzində qardaş ölkə üçün toplanmış yardım bağlamaları yük maşınına yığılıb.  

Yola salınan yardım Ağdam və Ağcabədi rayon icra hakimiyyətlərinin daxili büdcəsi hesabına alınıb. Yardımın ümumi məbləğinin 110 min manat təşkil edildiyi bildirilib.

Yardım paketində əsasən konservləşdirilmiş qida və quru ərzaq növləri, içməli su, dərman preparatları, istilik avadanlıqları, generator, isti geyim və yataq dəstləri, həmçinin çadırlar təşkil edib.  

Rayonun Quzanlı qəsəbəsindən yola düşən TIRı yerli yol patrul xidmətinin maşınları müşayiət edib.  

Qeyd edək ki, bu, Ağdamdan yola salınan üçüncü yük maşınıdır. Növbəti yardım maşınının  isə 13 fevral tarixində yola salınması planlaşdırılır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO