Azərbaycanda nadir əməliyyat həyata keçirildi  -Foto

Azərbaycanda nadir əməliyyat həyata keçirildi -Foto

Hazırda oxunan: Azərbaycanda nadir əməliyyat həyata keçirildi -Foto

119869

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkədə ilk dəfə koronar arteriya anomaliyası üzrə (ALCAPA) nadir ürək əməliyyatı keçirilib.

ATU-dan Moderator.az-a verilən xəbərə görə, bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi təxminən 2-3 faizi 30 yaşına kimi yaşayır. ATU-nun Tədris Cərrahiyyə Klinikasinin kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər.

S.Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir. Onun əməliyyatı zamanı həm ürək qapağının işini təmin edildi, həm də anomaliya olan hissə rekonstruksiya olundu. Əməliyyat 3 saat davam edib.

S.Musayev bildirir ki, əməliyyatdan sonra xəstənin həyatına heç bir risk yoxdur. Bir necə gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.

 

Azərbaycanda nadir əməliyyat həyata keçirildi
Azərbaycanda nadir əməliyyat həyata keçirildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO