Öz köhnə avtomobili ilə məşhurlaşan Sərvər Türkiyəyə gedir – ÖZÜNDƏN AÇIQLAMA

Öz köhnə avtomobili ilə məşhurlaşan Sərvər Türkiyəyə gedir – ÖZÜNDƏN AÇIQLAMA

Hazırda oxunan: Öz köhnə avtomobili ilə məşhurlaşan Sərvər Türkiyəyə gedir – ÖZÜNDƏN AÇIQLAMA

119813

Sərvər Bəşirli, yəni Türkiyədə baş verən zəlzələdən sonra qardaş ölkəyə yardım göndərmək üçün köhnə qırmızı avtomobilinə yüklədiyi əşayalarla birlikdə yola çıxan həmyerlimiz bu qədər məşhurlaşacağını ağlına gətirməyib.

Bakı küçələrində hərəkətdə olarkən çəkilən fotoları sosial mediada yayıldıqdan sonra çoxsaylı insanların rəğbətini qazanan Ceyranbatan qəsəbə sakini Sərvər Bəşirli yardım işlərində birbaşa iştirak etmək üçün Türkiyəyə gedəcək.
Bu baradə Bizim.Media-ya danışan Sərvər Bəşirli deyib ki, zəlzələ bölgəsində çətin vəziyyətdə qalan insanlara yardım etmək üçün Türkiyəyə getmək istəyir:

“Çətin vəziyyətdə qalan insanlara daha yaxından yardım etmək istəyirəm. Yardım toplama mərkəzində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) rəsmiləri ilə qarşılaşdım. TÜİB sədri Hüseyn Böyükfırat və yanındakılar məni bir neçə günə Türkiyəyə yollayacaqlarını dedilər”.

Sərvər onu da dedi ki, Türkiyəyə göndərmək üçün yardımların toplanması işini əmisi və dayısı oğlu ilə birlikdə edib: 

“İndi Türkiyəyə də üçümüz birlikdə gedəcəyik. Yəqin ki, bir-iki günə gedərik”.

Sərvər Bəşirli keçirdiyi hissləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini vurğulayıb:

“Bu günlərdə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Əvvəlcə öz ailəmə məxsus əşyaları yardım toplama mərkəzinə aparmışdım. İndi isə əmim və dayım oğlanları ilə birlikdə şəhəri gəzir və kömək etmək istəyənlərin əşyalarını müvafiq yerə çatdırmaq üçün yardım edirik. Qardaş ölkənin başı sağ olsun! Hamımızın başı sağ olsun!”.  
Qeyd edək ki, TÜİB sədri Hüseyn Böyükfırat Türkiyə mətbuatına verdiyi açıqlamada Azərbaycandan gələn yardımların bölüşdürülməsi üçün Adıyamanda mərkəz quracaqlarını və Sərvəri də həmin mərkəzə əməkdaş olaraq göndərəcəklərini bildirib.

Aygün İbrahimli, Bizim.Media












 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO