BNA çatışmazlıqlar aşkarlanan 8 marşrut xətti üzrə sürücü vəzifəsinə müsabiqə ELAN ETDİ

BNA çatışmazlıqlar aşkarlanan 8 marşrut xətti üzrə sürücü vəzifəsinə müsabiqə ELAN ETDİ

Hazırda oxunan: BNA çatışmazlıqlar aşkarlanan 8 marşrut xətti üzrə sürücü vəzifəsinə müsabiqə ELAN ETDİ

119738

Bakı Nəqliyyat Agentliyi (BNA) daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 8 müntəzəm avtobus marşrut xətti ilə bağlı müsabiqə elan edib. 

Bu barədə Bizim.Media-ya BNA-dan məlumat verilib. 

Məlumata görə, müsabiqəyə çıxarılan 41, 108A, 114A, 114B, 123, 138, 145 və 146 nömrəli müntəzəm marşrut xətləridir. 

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir. 
Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO