“Neftçi”x9d Çingiz Abdullayevin “Facebook”x9d statusu ilə bağlı bəyanat yaydı

“Neftçi”x9d Çingiz Abdullayevin “Facebook”x9d statusu ilə bağlı bəyanat yaydı

Hazırda oxunan: “Neftçi”x9d Çingiz Abdullayevin “Facebook”x9d statusu ilə bağlı bəyanat yaydı

119685
"Neftçi”x9d futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi "Facebook" səhifəsində etdiyi paylaşım son günlər idman mediasında müzakirə mövzusuna çevrilib. 
Mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq üçün “Neftçi”x9d klubu bəyanat yayıb. 

Bəyanatda bildirilir: 

"Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi”x9dnin Müşahidə Şurasının sədridir.

Abdullayevin "Facebook"dakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim”x9d fikrinin “Neftçi”x9d klubuna heç bir aidiyyəti yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil. 

“Neftçi"də işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox, 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar. 

“Neftçi”x9d rəhbərliyi komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb.

Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO