Xilasedicilərimiz Kahramanmaraşda 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas ETDİ - VİDEO

Xilasedicilərimiz Kahramanmaraşda 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas ETDİ - VİDEO

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas ETDİ - VİDEO

119650

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda xilasedicilərimizin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO