Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı əməliyyat keçirdi - FOTO/VİDEO

Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı əməliyyat keçirdi - FOTO/VİDEO

Hazırda oxunan: Polis İranın narkotik şəbəkəsinin Bakıdakı silahlı kuryerlərinə qarşı əməliyyat keçirdi - FOTO/VİDEO

119645

Sabunçuda keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin satışı, üzərində qanunsuz olaraq odlu silah gəzdirən və mənzillərdən silsilə oğurluqlar edən 7 nəfər saxlanılıb.

Bizim.Media-ya bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində  narkotik vasitələrin satışı ilə məşqul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib.
Əməliyyatlar zamanı  Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib.

Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narkokuryerlik təklifi ilə razılaşdıqları müəyyən edilib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəx dəs saxlanılıb. Polisə Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev də saxlanılıb. Bu şəxslərin mənzillərdən təmir-tikinti və  məişət əşyaları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO