Sabah Biləsuvar rayonunda 7 min abonentin qazla təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə verilən məlumata əsasən 10 fevral 2023- cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini əhatə etməklə, ümumilikdə 7000 abonenti təbii qazla təmin edən daşıyıcı qaz xəttinə qazın verilişi müvəqqəti olaraq dayandırılacaqdır.
Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.
Təmir işlərinin 10 fevral tarixində günorta radələrinə başa çatdırılması planlaşdırılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:40 / 09.02.2023
Azərbaycanın bu bölgəsində sabah qaz olmayacaq
Hazırda oxunan: Azərbaycanın bu bölgəsində sabah qaz olmayacaq
Hazırda oxunan: Azərbaycanın bu bölgəsində sabah qaz olmayacaq
119550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.