Biləsuvarda YOL QƏZASI: Dörd nəfər xəsarət aldı

Biləsuvarda YOL QƏZASI: Dörd nəfər xəsarət aldı

Hazırda oxunan: Biləsuvarda YOL QƏZASI: Dörd nəfər xəsarət aldı

119534

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.  

Belə ki, avtoqəza nəticəsində dörd nəfər - 1963-cü il təvəllüdlü Əlinəsib Abdullayev, 1974-cü il təvəllüdlü Natəvan Quliyeva, 1999-cu il təvəllüdlü Sənan Abdullayev və 1999-cu il təvəllüdlü Davud Əlizadə xəsarət alıb.  

Onlar rayon xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO