Türk qardaşlarımız üçün yığılan yardım dolu avtomaşın bu gün Şabrandan Bakıya yola düşəcək.
Şabranda müxtəlf təbəqələrdən olan insanlar təbii fəlakəti yaşayan Türkiyə əhalisinə ən zəruri malları toplayıblar. Əsasən quru qidalar, konserv məhsulları, yorğan-döşək, yataq dəstləri toplanıb.
Şabran icra hakimiyyərindən Bizim.Media-ya verilən məlumata görə, hazırda malların çeşidlənməsi işləri aparılır.
Karton yeşiklərə yığılmış məhsullar və əşyalar Türkiyəyə göndərilməsi üçün hazır vəziyyətə salınıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu